Çərşənbə, 25 Aprel 2018 12:52

Seyid Həsən Nəsrullah: Şəhid Saleh Əs-Səmad şücaətli və məsuliyyətli rəhbər idi

Seyid Həsən Nəsrullah: Şəhid Saleh Əs-Səmad şücaətli və məsuliyyətli rəhbər idi

Livan Hizbullahının baş katibi çərşənbə axşamı günü Yəmənin Ənsarullah Hərəkatının baş katibi Əbdülməlik Bədrəddin əl-Husiyə ünvanladığı müraciətdə bu ölkənin Ali Siyasi Şurasının sədri Saleh Əli Əs-Səmadın şəhadəti ilə bağlı Yəmən xalqını təbrik edib, başsağlığı verib və bildirib: Şəhid Saleh Əs-Səmad şücaətli, təvazökar və məsuliyyət hiss edən rəhbərin bir nümunəsi idi.

İRNA-nın məlumatına görə, Seyid Həsən Nəsrullah xatırladıb: Şəhid Saleh Əs-Səmad həmişə döyüş meydanlarında idi və şəhidliyi sevirdi. 

Livan Hizbullahının baş katibi bu böyük şəhidin şərafətli ailəsi, Ali Siyasi Şuranın üzvləri, müqavimətli, məzlum və şərafətli xalqa Allah-taaladan səbir diləyib. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü də çərşənbə axşamı günü Saleh Əs-Səmadın şəhadəti ilə bağlı Yəmənin xalqı və Ali-Siyasi Şurasının üzvlərini təbrik edib və başsağlığı verib. 

Bəhram Qasimi Yəmənin qeyrətli və səbirli xalqının Ali-Səud rejiminin hərtərəfli təcavüzü qarşısında üç ildən artıq alqışalayiq müqavimətinə toxunaraq bildirib: Yəmən xalqı tezliklə təcavüzkarlar qarşısında öz müqavimət və mücahidələrinin şirin səmərəsini dadacaq. 

Saleh Əs-Səmad Səudiyyə rejimi qırıcı təyyarələrinin Yəmənin qərbində əl-Hüdeydə vilayətinə hücumunda şəhid olub. 

Səudiyyə koalisiyası bu həftənin bazar günü də Həccə vilayətində toy mərasiminə hücum edərək 60-dan çox sivili al-qana boyayıb. 

Ərəbistan Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və bir neçə başqa ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Ərəbistan və müttəfiqlərinin Yəmən müharibəsi indiyədək 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib. 

Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəməni ərzaq və dərman çatışmazlığı ilə üzləşib. 

Səudiyyə rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki məqsədlərinə çata bilməmişlər. 

Şərh yaz


Məxfi kod
Yenilə