Cümə axşamı, 22 Fevral 2018 17:48

Türkiyə suriyalı kürd qruplar və Gülən qrupu ilə mübarizənin davamını vurğuladı

Türkiyə suriyalı kürd qruplar və Gülən qrupu ilə mübarizənin davamını vurğuladı

Türkiyə baş naziri deyib: Ankara PYD, YPG, PKK kürd silahlı qruplarla mübarizə ilə yanaşı FETÖ ilə də mübarizəni davam etdirir.

Persian TRT internet portalının məlumatına görə, Binəli Yıldırım çərşənbə günü Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının iclasında Suriyanı şimalında Afrin bölgməsində Zeytun Budağı əməliyyatının keçirilməsinə toxunaraq əlavə edib: Bu bölgədə Türkiyə ilə savaşan qrupları repressiya etmək üçün türk əsgərlərdən təşkil olunan cəbhələr bir-birlərinə qoşulurlar. 

Afrindəki terrorçuların tezliklə cəzalanacağını bildirən Yıldırımın sözlərinə görə, tarix terrorizmin hamilərini pisliklə yad edəcək. 

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində PYD və YPG silahlı qruplarına qarşı Zeytun Budağı hərbi əməliyyatı 20 yanvar 2018-ci il tarixində ölkə sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə başlanıb. Bu hücumlar nəticəsində hər iki tərəf tələfat vermiş, yüzlərlə yaşayış massivi dağılmış, minlərlə nəfər didərgin düşmüşdür. 

Şərh yaz


Məxfi kod
Yenilə