Bazar ertəsi, 19 Fevral 2018 13:02

Türkiyə prezidenti iranlı həmkarına başsağlığı verib

Türkiyə prezidenti iranlı həmkarına başsağlığı verib

Türkiyə prezidenti İran İslam Respublikası prezidentinə ünvanladığı müraciətdə Tehran-Yasuc istiqamətində hərəkət edən təyyarənin qəzaya uğraması nəticəsində bir neçə İran vətəndaşının həyatını itirməsi münasibəti ilə İran xalqı və dövlətinə başsağlığı verib.

İRNA-nın verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan dünən gecə ünvanladığı başsağlığı müraciətində Türkiyənin lazım gələrsə axtarış əməliyyatında hərhansı yardıma hazır olduğunu bildirib. 

Pakistan ordusu quru qoşunlarının komandanı general Qəmər Cavid Bacua da sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində bir neçə İran vətəndaşının həlak olması münasibəti ilə İran xalqı və dövlətinə başsağlığı verib. 

Şərh yaz


Məxfi kod
Yenilə