Şənbə, 17 Fevral 2018 11:53

Nəsrullah: Bütün region neft və qaz savaşı mərkəzində qərar tapıbdır

Nəsrullah: Bütün region neft və qaz savaşı mərkəzində qərar tapıbdır

Livan Hizbullahının baş katibi bu ölkənin sionist rejimlə sərhəd ixtilafları və regional sulardakı neft və qaz ehtiyatları üstündəki çəkişmə haqda bildirib ki, bütün region neft və qaz savaşı mərkəzində qərar tapıbdır.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah dünən axşam Beyrutda Hizbullah-ın şəhid məsul şəxslərinin anım mərasimində deyib: Sionist düşmən Donald Trampın Amerikada hakimiyyət başında olması kimi bir fürsət axtarırdı ki, Cövlanı işğal olunmuş ərazilərə əlavə etmiş olsun. Cövlan daha təkcə milli təhlükəsizlik məsələsi deyil, həm də su, neft və qaz üçün böyük bir mənbədir.

Nəsrullah Amerikanın Suriyanın şərqindəki qəsbkarlığına toxunaraq, vurğulayıb: İŞİD-in Suriyadakı məğlubiyyətinə rəğmən, bu ölkənin bəzi hissələrinin Amerika tərəfindən işğal olunması məsələsi mövcuddur, zira Suriyanın ən mühüm neft və qaz quyuları Fəratın şərqində yerləşir. Suriya kürdləri də keçmiş təcrübələrdən dərs almalıdırlar.

Livan Hizbullahının baş katibi sonra sionist rejim qırıcısının Suriyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub yerə salınmasına toxunub və belə deyib: Baş verən hadisə misilsiz bir nailiyyət idi və qırıcını vurmaq qərarını Suriya başçıları çıxarıblar və müttəfiqlər də bu məsələdən xəbərdardırlar.

Seyid Həsən Nəsrullah əlavə edib: Deyilənlərə görə, Fars Körfəzi ətrafındakı bir neçə ölkənin əlaqələrindəki böhran, bəzilərinin Qətərin qazına yiyələnmək üzrə səylərinə görə yaranıb. Hazırda Amerika regionda neft və qaz savaşı aparmaqdadır. Tramp dövləti İraqı da neft yataqları hesab edir və İraq xalqı bu məsələni yaxşıca bilməlidir. Bu gün Türkiyə və Kipr də məhz neft üstündə ixtilafa malikdirlər.

Livan Hizbullahının baş katibi sonra deyib: Livanın cənubunda mövcud olan neft sərvəti bütün livanlılara aiddir. Amerika sərhəd ixtilafının həlli üçün sadiq bir vasitəçi deyildir. Amerika sionist rejimin himayədarıdır və Livanlı məsul şəxslər sayıq olmalı və şeytan Amerikaya livanlılar arasında təfriqə salmaq icazəsi verməməlidirlər.

Livan Hizbullahının baş katibi  Bəhreyn barədə isə qeyd edib ki, Bəhreyndə xalq qiyamı və bu ölkə dövlətinə qarşı aksiya Ali-Xəlifə rejiminin bütün repressiv hərəkətlərinə rəğmən, davam etməkdədir.

Nəsrullah çıxışının digər bir hissəsində Livan, Fələstin, Suriya, İraq və Yəməndə, eləcə də bütün dünyada zəiflərin və müqavimətin yanında olmasına və dəstəyinə görə, İran İslam Respublikası quruluşuna təşəkkür edib və belə deyib: İran xalqı öz əzmkarlığı, iradəsi və müqavimətilə İran İslam Respublikası quruluşunu yaratdı və 39 ildir ki, onu müdafiə edir. İran Livanın müttəfiqidir və indiyədək Livana böyük yardımlar göstəribdir.

Şərh yaz


Məxfi kod
Yenilə