Çərşənbə, 14 Fevral 2018 15:26

Türkiyə qırıcıları İraqın şimalında PKK-nın mövqelərini hədəfə alıb

Türkiyə qırıcıları İraqın şimalında PKK-nın mövqelərini hədəfə alıb

Türkiyə qırıcıları İraqın şimalında PKK terrorçularının mövqelərini hədəfə alaraq, məhv edib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə silahlı qüvvələri baş qərargahı bir bəyanat yayaraq, bu ölkə qırıcılarının çərşənbə axşamı saat 16-da İraqın şimalında PKK terrorçularının mövqelərini hədəfə aldığını bildirib

Türkiyə silahlı qüvvələri baş qərargahı bu hücumda terrorçulara məxsus bir neçə silah anbarı və sığınacağın məhv edildiyini bildirib.

Türkiyə ordusu həmçinin bildirib ki. PKK terrorçuları Türkiyənin sərhəd postlarına və hərbi mövqelərinə hücuma hazırlaşırmışlar. Amma, Türkiyə qırıcıları onların mövqelərini hədəfə alıb.

Şərh yaz


Məxfi kod
Yenilə