Bazar ertəsi, 12 Fevral 2018 20:52

Livan prezidenti İsrailə xəbərdarlıq etdi

Livan prezidenti İsrailə xəbərdarlıq etdi

Livan prezidenti Mişel Oun deyib: İsrail rejiminin təhrikamiz sözləri Livan üçün önəmli deyil. Amma, əməldə bir iş görməyə səy göstərərsə, yeni müharibələr başlanacaq.

Livanın Ali Müdafiə Şurasının iclası ötən çərşənbə günü bu ölkə prezidenti Mişel Ounun iştirakı ilə keçirilmişdi. Bu iclasda İsrail rejimi tərəfindən Livan sərhədlərində beton divarın çəkilməsi bu ölkənin milli hakimiyyətinə təcavüz və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə zidd adlandırılıb.

Bu iclasda həmçinin, İsrailin müharibə naziri Aviqdor Libermanın Livanın neft yataqları barədə səsləndirilən fikirlər haqda da deyilib: İsrail rejimi Livanın ümumi ərazisi 860 kvadrat kilometr olan xüsusi iqtisadi zonasına təcavüz edib.

Əl-Məyadinin bazar ertəsinə olan məlumatına görə, Mişel Oun İsrailin özünü irqçi bir rejimə çeirdiyini deyərək, İsrailin Livan torpaqlarında divar çəkmək haqqına malik olmadığını vurğulayıb və ixtilaflı məntəqələrlə bağlı münaqişənin həll edilməsini istəyib.

Şərh yaz


Məxfi kod
Yenilə