Cümə, 09 Fevral 2018 17:45

Aİ qanunvericilərinin iclasında, Türkiyənin Suriyaya hücumları pislənilib

Aİ qanunvericilərinin iclasında, Türkiyənin Suriyaya hücumları pislənilib

Avropa İttifaqının qanunvericiləri Türkiyənin Suriyanın şimalındakı hücumlarını pisləyiblər.

Avropa İttifaqının qanunvericiləri bu gün, Türkiyə ordusunun Suriyanın şimalında yerləşən Afrin şəhərinə qarşı hücumlarını, eləcə də bu əməliyyatı tənqid etdiklərinə görə, yüzlərlə nəfərin həbs edilməsini pisləyiblər.

Avropa İttifaqının qanunvericiləri 2016-cı ildəki uğursuz çevrilişdən sonra Türkiyədə tətbiq olunmuş fövqəladə durumun ləğvi üzrə səyləri təhrik etmək məqsədilə bir qərar qəbul edib və bildiriblər ki, bu vəziyyətin Türkiyə hökuməti tərəfindən elan edilməsindən dinc və qanuni müxalifəti susdurmaq üçün istifadə olunur.

Bu birliyin üzvləri həmçinin etiraf ediblər ki, Türkiyənin Avropa Birliyinə üzvlüyə hazırlanmasına kömək məqsədilə Ankaraya veriləcək pulun ödənilməsi bu ölkədə qanun hakimiyyəti, demokratiya və insan haqları vəziyyətinin yaxşılaşdırılması ilə şərtləndirilməlidir.

Türkiyə və Avropa Birliyi 2005-ci ildə Ankaranın bu birliyə üzvlüyü barədə müzakirələrə başlayıblar.

Bununla belə, Avropa İttifaqı ilə Türkiyənin münasibətləri Ankaranın Almaniya rəsmilərinin NATO-nun Türkiyədəki bazasından baxış keçirmələrini əngəlləməsi, eləcə də Türkiyədə bir neçə Almaniya vətəndaşının həbs olunması ilə özünün ən aşağı həddinə enibdir.

Şərh yaz


Məxfi kod
Yenilə