Bazar ertəsi, 05 Fevral 2018 11:36

Bəhreynli ruhani həbs olunub

Bəhreynli ruhani həbs olunub

Ali-Xəlifə rejiminin xəfiyyə qüvvələri Bəhreynin şiə sakinli Əldir məntəqəsinin imamcamaatı Şeyx İsa Momini həbs ediblər.

 

 

Ali-Xəlifə rejiminin xəfiyyə qüvvələri Bəhreyn appelyasiya məhkəməsi Əldir məntəqəsində Əlxif məscidinin imamcamaatı Şeyx İsa Mominin zindan hökmünü təsdiq edəndən sonra onu həbs ediblər.

Bəhreyn appelyasiya məhkəməsi özünün yekun hökmündə 2016-cı il iyulun 29-da Əlxif məscidində Ali-Xəlifə rejiminə qarşı çıxışına görə, bu bəhreynli ruhanini üç ay həbsə məhkum etdi.

Bəhreyn appelyasiya məhkəməsi həmçinin bir bəhreynli gənci "Cəmiyyətulvəfa" və "14 fevral koalisiyası" cərəyanına qoşulmaq ittihamı ilə yeddi il həbsə məhkum edibdir.

Ali-Xəlifə rejiminin hərbçiləri dünən səhər də Əlmalikiyyə qəsəbəsində üç bəhreynli gənci həbs ediblər.

Belə bir halda, Bəhreyn insan haqları mərkəzi bildirib ki, bu ölkənin təhlükəsizlik qüvvələri bir həftə ərzində 69 bəhreynlini həbs ediblər ki, onların arasında beş uşaq da var.

Bəhreyn rejimi ötən yeddi il ərzində on bir mindən çox bəhreynlini puç ittihamlarla həbs edib və bir qrup bəhreynlini də vətəndaşlıqdan məhrum edərək, bu ölkədən çıxarıbdır.

Bəhreyn 2011-ci il fevralın 14-dən Ali-Xəlifə rejiminə qarşı xalq inqilabı səhnəsidir. Bəhreyn xalqı öz ölkəsində azadlıq, ədalətin bərqərarı, həmçinin ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş dövlətin hakimiyyətə gəlməsini istəyir.

Şərh yaz


Məxfi kod
Yenilə