Bazar, 04 Fevral 2018 14:32

Liviyada İŞİD başçısı Əbubəkr əl-Şişani öldürülüb

Liviyada İŞİD başçısı Əbubəkr əl-Şişani öldürülüb

Liviyanın məlumatlı hərbi rəsmisi İŞİD terror qruplaşmasının məşhur başçısının iki terrorçu ilə birlikdə öldürüldüyünü bildirib.

Röytersin Liviyada məlumatlı hərbi rəsmiyə istinadla verdiyi məlumata görə, Liviya Silahlı Qüvvələrinə bağlı Muradə batalyonu Tripolinin 600 km cənub-şərqində Əs-Səmah neft yatağı yaxınlığında İŞİD ünsürləri ilə toqquşublar. 

Bu hərbi rəsmi əlavə edib: İŞİD ünsürləri ilə toqquşmalardan sonra bu üç terrorçunun cəsədi ordunun bazasına köçürülüb. Araşdırmadan sonra ölülərdən birinin İŞİD-in Liviyadakı məşhur sərkərdəsi Əbubəkr əl-Şişani olduğu müəyyənləşib. 

İŞİD Suriya və İraqda ardıcıl məğlubiyyətlərdən sonra Liviya kimi başqa ölkələrdə öz bazasını gücləndirməyə çalışır. 

Şərh yaz


Məxfi kod
Yenilə