Bazar, 04 Fevral 2018 13:50

Ərəbistan vətəndaşları şahzadələrin maaşının 50% artmasına etiraz edir

Ərəbistan vətəndaşları şahzadələrin maaşının 50% artmasına etiraz edir

Səudiyyə Ərəbistanı hökumətinin şahzadələrin maaşını 50% artırmaq üzrə qərarı ərəbistanlı istifadəçilərin virtual aləmdə etirazına səbəb olub.

İRNA-nın məlumatına görə, görünür səudiyyə hökumətinin bu qərarı Ali-Səud ailəsi ilə əsasən də korrupsiya ilə mübarizə haqda atılan addımlardan sonra əlaqələri yaxşılaşdırmaq məqsədini daşıyır. Lakin bu hərəkət virtual aləmdə Ərəbistan vətəndaşlarının narazılığına səbəb olub. 

Ərəbistanda etirazçılar bildirirlər ki, hökumət ölkə iqtisadiyyatını yaxşılaşdırmaq və büdcə kəsirinin əvəzini çıxmaq üçün sərt qənaət siyasətlərini icra edir. Ümumiyyətlə önəmli bir iş görməyən şahzadələrin maaşının 50% artırılması Ərəbistanın zəif kütlələrinə zülm hesab olunur. 

Ərəbistanda şahzadələrin sayı məlum deyil. Lakin bir müddət öncə Wikileaks saytı onların maaşı haqda sənəd yayımladı. Sənədə əsasən, səudiyyəli şahzadələr 270 min dollara qədər maaşa alırlar. 

Səudiyyə Ərəbistanı baş prokuroru Səud əl-Mojeb son vaxtlar bildirib: 2017-ci il 4 noyabrdan korrupsiya ittihamı ilə dindirilən 381 nəfərdən hələlik 56 nəfəri həbsdədir. 

Səud əl-Mojeb əlavə edib: Bəzi müttəhimlərlə razılıq əldə olunub ki, şahzadələrin əlində olan 107 milyard dollar vəsait hökumətə qaytarılsın. 

Məlumatlara görə, saxlanılan şahzadələrin hesablarından çıxarılan milyardlarla dollar vəsait hökumətin xəzinəsi yerinə vəliəhd Məhəmməd Bin Salmanın nəzarətində olan şahlıq divanının hesabına köçürülüb. 

Şərh yaz


Məxfi kod
Yenilə