Bazar, 04 Fevral 2018 12:27

Kamal Qılıçdaroğlu yenidən CHP sədri seçildi

Kamal Qılıçdaroğlu yenidən CHP sədri seçildi

Kamal Qılıçdaroğlu şənbə günü Türkiyə Cümhuriyyət Xalq Partiyasının 36-cı konqresində bir daha bu partiyanın sədri seçilib.

İRNA-nın məlumatına görə, Qılıçdaroğlu 790 səs toplayaraq 447 səs toplamış yeganə rəqibi Məhərrəm İncədən önə keçib və Türkiyə hökumətinin ana müxalifətinin sədri seçilib. 

Qılıçdaroğlu Ədalət və Cəsarət şüarı ilə keçirilən CHP-nin Konqresində vəd edib ki, Türkiyə xalqının haqqı və hüququnu müdafiə edəcək. 

Kamal Qılıçdaroğlu Türkiyənin hazırda öz tarixinin ən ağır dövründə olduğunu bildirərək deyib: Türkiyədə demokratiya gücləndirilməlidir və bu, Cümhuriyyət Xalq Partiyasının ən əsas vəzifəsidir. 

Şərh yaz


Məxfi kod
Yenilə