Cümə, 02 Fevral 2018 16:53

Qətərin xarici işlər naziri: İran, Qətər üçün yeganə dərman və ərzaq təmini yoludur

Qətərin xarici işlər naziri: İran, Qətər üçün yeganə dərman və ərzaq təmini yoludur

Qətərin xarici işlər naziri dünən "American Enterprise" müəssisəsində qeyd edib ki, bu ölkənin Ərəbistan və onun müttəfiqləri tərəfindən mühasirəyə alınmasından sonra İran İslam Respublikası Qətər xalqı üçün yeganə ərzaq və dərman təmini yolu olubdur.

Muhəmməd bin Əbdurrəhman Ali-Sani həmçinin vurğulayıb ki, ölkəsi qarşıdakı yaz fəslində Fars Körfəzi ölkələri ilə Amerikanın birgə iclasında iştiraka hazırdır.

Qətərin müdafiə naziri Xalid bin Muhəmməd Ələtiyyə də son zamanlar Ərəbistan ilə onun müttəfiqlərinin Dohaya qarşı sanksiyalarını zalımcasına hərəkət adlandırıb və deyib ki, bu sanksiyaların tətbiqindən sonra İran İslam Respublikası öz hava məkanını Qətərin uçuşlarına açmaqla Dohaya ilk tənəffüs yolunu açdı.

Ərəbistan və onun müttəfiqləri olan Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Dohanın Ərriyadın başçılığı altında olan ərəb cərəyanı ilə yanaşı olmadığına görə, 2017-ci il iyunun beşindən Qətərlə diplomatik əlaqələrini kəsdi və sanksiya tətbiq etməkdən əlavə, öz quru, dəniz və hava sərhədlərini bu ölkənin üzünə bağladılar.

Ərəbistan və onun müttəfiqlərinin Qətər üçün təyin etdikləri ən mühüm şərtlər, bu ölkənin İran və Hizbullahla əlaqələrini kəsməsi, Əlcəzirə telekanalının tam şəkildə bağlanması və Türkiyənin Qətərdəki hərbi bazasının yığışdırılmasıdır. Doha isə bu şərtləri qəbul etməyibdir.

Şərh yaz


Məxfi kod
Yenilə