Cümə axşamı, 01 Fevral 2018 12:48

Kürd yaraqlılar İfrində 15 Türkiyə əsgərinin öldürüldüyünü bildirirlər

Kürd yaraqlılar İfrində 15 Türkiyə əsgərinin öldürüldüyünü bildirirlər

Kürd yaraqlılarından ibarət olan Demokratik Suriya Qüvvələri bildiriblər ki, Suriyanın İfrin şəhərinin şimalında bir əməliyyatda Türkiyənin 15 əsgərini öldürüblər.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Kürd yaraqlıların mətbuat xidməti bildirib ki, İfrinin şimalında Buki kəndində Türkiyə hərbçilərinə qarşı həyata keçirilən əməliyyatda 15 türk əsgəri həlak olub və bir neçə hərbçi də yaralanıb. Bu məlumatda deyilir ki, bir neçə gün öncə Xəlil kəndində də Türkiyə hərbçilərinə qarşı hücum həyata keçirilib və 3 türk əsgərin həlak olması və bir zirehli texnikanın sıradan çıxarılması ilə nəticələnib. 

Şərh yaz


Məxfi kod
Yenilə