Çərşənbə axşamı, 30 Yanvar 2018 12:46

Livanın hava məkanı sionist qırıcıları tərəfindən pozulub

Livanın hava məkanı sionist qırıcıları tərəfindən pozulub

Livanın BMT-nin Təhlükəsizlik Şurasına etdiyi etirazlara rəğmən, sionist rejimin hərbi və casusluq təyyarələri bir daha Livan ərazisi üzərində uçaraq, bu ölkənin hava məkanını pozublar.

Sionist rejimin hərbi və casusluq təyyarələri BMT-nin Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozmalarının davamında dünən axşam Livanın cənubundakı sərhəd məntəqələri vasitəsilə bu ölkənin hava məkanına soxulub və Livanın cənub məntəqələrinin səmasında casusluq etməyə başlayıblar.

Livan ordusu bir bəyanat yayaraq bildirib ki, sionist rejimin hərbi və casusluq təyyarələrinin bu hərəkəti məntəqə sakinlərinin qorxmalarına səbəb olub.

Belə bir halda, BMT-nin Təhlükəsizlik Şurasının sionist rejimin 2006-cı ildə Livanla 33 günlük savaşının başa çatmasından sonra qəbul etdiyi 1701 saylı qətnaməsi bu rejimi Livana qarşı düşmənçilik hərəkətlərindən çəkinməyə çağırır.

Şərh yaz


Məxfi kod
Yenilə