Çərşənbə, 24 Yanvar 2018 11:50

Putin və Ərdoğan arasında telefon danışığı \ Rusiya və Türkiyə prezidentləri Suriyanın ərazi bütövlüyünün qorunmasına təkid ediblər

Putin və Ərdoğan arasında telefon danışığı \ Rusiya və Türkiyə prezidentləri Suriyanın ərazi bütövlüyünün qorunmasına təkid ediblər

Kreml sarayı çərşənbə axşamı bir bəyanat yayaraq, Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan arasında Suriya olayları və Afrin şəhəri ətrafında cərəyan edən hadisələr barədə telefon söhbətinin baş tutmasından xəbər verib.

Kreml sarayının bəyanatında deyilir: Putin və Ərdoğan bu telefon söhbətində Suriya böhranının, bu ölkənin ərazi bütövlüyü və milli hakimiyyət haqının qorunması prinsipləri əsasında birgə səylər ilə həll edilməsinə təkid ediblər. 

Rusiya və Türkiyə prezidentləri həmçinin, Soçi şəhərində keçiriləcək Suriya Milli Konqresi ilə bağlı hazırlıq işləri haqda da danışıblar. 

Suriya Milli Konqresi 29-30 yanvarda Soçi şəhərində keçiriləcək. 

Suriya böhranı 2011-ci ildə ABŞ və onun qərbli və ərəb müttəfiqlərinin himayə etdiyi terrorçuların bu ölkəyə geniş hücumu ilə başlandı. Suriya böhranında əsas məqsəd regionda güc balansını İsrail rejiminin xeyirnə dəyişmək və sionistlərin təhlükəsizliyinə zəmanət vermək idi

Şərh yaz


Məxfi kod
Yenilə