Bazar, 10 Dekabr 2017 13:37

Ərəb Liqası ABŞ-ın Qüds barədə qərarını pisləyib

Ərəb Liqası ABŞ-ın Qüds barədə qərarını pisləyib

Amerikanın Qüds barədə son qərarını araşdırmaq məqsədi ilə dünən Qahirədə keçirilən Ərəb Liqasının xarici işlər nazirlərinin fövqəladə iclası dünən gecə bir bəyanat yayaraq bu qərarı pisləyib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Ərəb Liqasının XİN rəhbərləri bu bəyanatda ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı elan etməsi qərarını pisləyərək bildiriblər: Trampın bu qərarı regionda zorakılığa rəvac verir və beynəlxalq qətnamələrə daban-dabana ziddir. 

Ərəb Liqasının XİN başçıları həmçinin Trampı öz qərarından vaz keçməyə çağırıblar. 

Ərəb Liqasının baş katibi Əhməd Əbül-Qeyz iclasın başlanğıcında Trampın qərarının işğalçılığı qanuniləşdirmək olduğunu bildirərək deyib: Bu fitnə qarşısında susmamaq lazımdır. 

İclasda passiv mövqeyə malik olan Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əccübeyridən başqa digər ərəb ölkələrinin XİN rəhbərləri Trampın Qüds barədəki son qərarına qarşı qətiyyətli mövqe nümayiş etdiriblər. 

Regional və beynəlxalq səviyyədə müxalifətlərə baxmayaraq ABŞ prezidenti Donald Tramp çərşənbə günü bildirdi ki, Amerika Qüds şəhərini sionist rejimin paytaxtı kimi rəsmən tanıyır. Tramp həmçinin ABŞ Dövlət Departamentinə bu ölkənin Təl-Əvivdəki səfirliyinin Beytül-Müqəddəsə köçürülməsi üçün lazımı tədbirləri həyata keçirməsi barədə göstəriş verdi. 

Bir çox ölkələr və beynəxalq təşkilatlar Trampın bu qərarını pisləyiblər. 

Beytül-Müqəddəs 1967-ci ildən sionist rejimin işğalı altındadır. 

Şərh yaz


Məxfi kod
Yenilə