Cümə axşamı, 12 Oktyabr 2017 14:29

Türkiyədə alman jurnalistin saxlanma müddəti uzadılıb

Türkiyədə alman jurnalistin saxlanma müddəti uzadılıb

Türkiyədə bir məhkəmə bir alman jurnalistə, başqa 5 müttəhəmlə birlikdə kommunist bir qrupda üzvlük ittihamı ilə çıxardığı həbs hökmünün müddətini uzadıb. 

İRİB-in verdiyi məlumata görə, Türkiyədə fəaliyyət göstərən Almaniya vətəndaşı olan jurnalist Məşalə Tülu ötən aprel ayında həyat yoldaşı ilə birlikdə kürd yaraqlılarına aid olan kommunist MKLP partiyasında üzv olmaq eləcə də terrorizmi təbliğ etdiyinə görə həbs edilmişdi. 

Məhkəmə 18 dekabr növbəti iclasa qədər ona və onunla birgə 5 müttəhimə həbs müddətini uzadıb. Bu alman jurnalistin ittihamları sübut olunarsa onu 20 il həbs cəzası gözləyir. 

Cari miladi ilinin əvvəllərində bəzi yerli alman rəsmiləri Türkiyə konstitusiyasına dəyişiklik üzrə referendumun keçirilməsi ərəfəsində Almaniyada təşviqat toplantılarına icazə verməməsindən sonra Berlin-Ankara münasibətləri soyumağa başladı və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Almaniyanı ifratçi nasist dövlət adlandırdı. 

Berlin də bu hərəkətə reaksiyada Türkiyənin Avropa Birliyinə üzvlüyünə bir daha şübhə ilə yanaşaraq Almaniya vətəndaşlarının Türkiyədə həbs edilmələrinə kəskin etirazını bildirdi. 

Şərh yaz


Məxfi kod
Yenilə