Cümə axşamı, 14 Sentyabr 2017 12:12

İnsan Haqları Gözətçisi Təşkilatı BMT-yə etiraz etdi

İnsan Haqları Gözətçisi Təşkilatı BMT-yə etiraz etdi

İnsan Haqları Gözətçisi Təşkilatı Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü qarşısında BMT-nin sükut etməsini tənqid atəşinə tutub. Yəmənə hücumlar insan faciəsi ilə üzləşmişdir.

Press TV-nin məlumatına görə, İnsan Haqları Gözətçisi Təşkilatının icraiyyə direktoru Kennet Rot çərşənbə günü Yəmənin insan faciəsi ilə üzləşdiyinə toxunaraq deyib: Bu faciənin ağırlığı ilə BMT İnsan Haqları Şurasının onun qarşısındakı zəifliyi arasında uyğunsuzluq təəccübləndiricidir.

Rot əlavə edib: Aydındır ki, Ərəbistanın bombardmanları nəticəsində gündə çoxlu sayda yəmənli sivil həlak olur, aclıq Yəməni bürüyüb, bu ölkə qida təhlükəsi ilə üzləşib, həmçinin hazırda vəba epidemiyasının yayılması probleminin şahidiyik. Bunların heç biri BMT İnsan Haqları Şurasının son iclası təşkil olunduğu zaman bu miqyasda deyildi. 

Şərh yaz


Məxfi kod
Yenilə