Şənbə, 17 June 2017 18:37

Qətər BMT-dən mühasirənin durdurulmasını istədi

Qətər BMT-dən mühasirənin durdurulmasını istədi

Qətərin BMT-nin Cenevrə qərargahındakı Milli İnsan Haqları Komitəsinin sədri bu təşkilatdan Ərəbistan, BƏƏ, Bəhreyn və Misir tərəfindən Qətərə qarşı tətbiq edilmiş mühasirənin dayandırılmasını istədi.

Ərəbistan, BƏƏ, Bəhreyn və Misir 5 iyun 2017-ci il tarixindən Qətər ilə diplomatik əlaqələrini dayandırıblar. Ərəbistan, BƏƏ və Bəhreyn öz quru və hava sərhədlərini də Qətərin üzünə bağlayıblar. 

Livanın Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Qətərin Milli İnsan Haqları Komitəsinin sədri Əli bin Zəmix Əl-Məra Cenevrədə mətbuat konfransında deyib: Əgər mühasirəyə son qoyulmazsa Qətər beynəlxalq bir vəkillik ofisi vasitəsi ilə kompensasiyanın ödənilməsi ilə bağlı istək irəli sürə və beynəlxalq qrumlara müraciət edə bilər. 

Analitiklərin dediklərinə görə, Qətərin bu ölkəyə qarşı mühasirə ilə bağlı BMT-yə şikayət etməsi əslində Dohanın Ərəbistana qarşı daha qətiyyətli və kəskin mövqe tutmaq niyyətində olmasından xəbər verir. 

Başqa bir məlumata görə, Qətərdə çıxan Əş-Şərq qəzeti Feysəl Qasımın qələmə aldığı məqalədə yazıb: Amerikalılar ərəbləri bir-birinin canına salaraq, onların sərvətlərini qarət edirlər. 

Livanlı yazar Sami Klib də yazır: Amerika artıq bir neçə on illikdir ki, ərəblər arasında müharibə və qarşıdurmaya nail olmaqla regionun sərvətlərini talan etmək, böhranı həll və təhlükəsizliyi təmin etmək bəhanəsi ilə regionu yağmalamaqdır. 

Şərh yaz


Məxfi kod
Yenilə