Cümə, 16 June 2017 20:03

Türkiyədə üç mer kənarlaşdırılıb

Türkiyədə üç mer kənarlaşdırılıb

Türkiyənin daxili işlər nazirliyi Ankara, Adana və Kayseriyə daxil olan üç məntəqənin merini vəzifəsindən kənarlaşdırıb.

IRNA-nın məlumatına görə, Türkiyənin daxili işlər nazirliyi Adana məntəqələrindən olan Ceyhan məntəqəsinin meri Aləmdar Öztürkü, Kayserinin "Sarı Oğlan" məntəqəsinin meri Əli Osman Yıldızı və Ankaranın Ayaş məntəqəsinin meri Bülənt Taşanı vəzifəsindən kənarlaşdırıbdır.

Bu məlumata görə, Türkiyənin daxili işlər nazirliyi məhkəmə və idarə araşdırmaları çərçivəsində bu merlərin kənarlaşdırılmalarını zəruri adlandırıbdrı.

Türkiyə rəsmiləri Fəthullah Güləni və onun tərəfdarlarını ötənilki 15 iyul çevrilişinin əsas konstruktorları hesab edirlər və o zamandan bəri minlərlə nəfəri həbs edib və ya işdən çıxarıblar.

Şərh yaz


Məxfi kod
Yenilə