Cümə axşamı, 15 June 2017 13:09

Qətərin keçmiş baş naziri səhvini etiraf edib

Qətərin keçmiş baş naziri səhvini etiraf edib

Qətərin keçmiş baş naziri deyib: Fars körfəzinin cənub ölkələri və Amerika Suriyada səhvlərə yol veriblər.

İRİB-in verdiyi məlumata görə, Həmd Bin Casim Bin Cəbr Ali-Sani Amerikanın PBS telekanalına verdiyi açıqlamada deyib: Vaşinqtonun Suriyadakı bəzi qruplara dəstəyi səhv imiş.

Qətərin keçmiş baş naziri deyib: ABŞ və Fars körfəzinin cənub ölkələri o sıradan Qətər İordaniya və Türkiyədəki iki əməliyyat palatası vasitəsi ilə Suriyada fəaliyyət göstərirdilər. 

Cəb Ali-Sani Suriyadakı terrorçu qrupların digər ölkələrə olan təhlükəsi barədə deyib: İndi başa düşmüşük ki, bu qrupların Suriyadakı fəaliyyəti bitdikdən sonra onları bizim sorağımıza gələcəklər. 

Qətərin keçmiş baş naziri həmçinin bu ölkənin İran İslam Respublikası ilə əlaqələri barədə deyib: Qətər İranla normal əlaqələr uğrundakı səylərini davam etdirir. 

Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir iyunun 5-dən Qətər ilə diplomatik əlaqələrini kəsiblər. Bu ölkələr bu kimi qərarlarını Qətərin güya İranın dəstəklədiyi qruplar ilə əlaqədar digər ərəb ölkələri ilə eyni istiqamətdə hərəkət etməməsi ilə əsaslandırıblar. 

Şərh yaz


Məxfi kod
Yenilə