Çərşənbə axşamı, 13 June 2017 18:19

Bəhreyn hökuməti ciddi büdcə çatışmazlığı ilə üzləşib

Bəhreyn hökuməti ciddi büdcə çatışmazlığı ilə üzləşib

Bəhreyn hökuməti 2017 və 2018-ci illər üçün dövlət büdcəsində 3 milyard avroluq kəsrlə üzləşdiyini bildirib.

Bəhreyn bazar ertəsi günü bildirib ki, dünya bazarında neftin qiymətindəki ucuzlaşma bu ölkənin dövlət büdcəsinin 2017 və 2018-ci illərdə 3 milyard avroluq bir büdcə kəsri ilə üzləşməsinə səbəb olub. 

Bəhreynin əsas gəlir mənbəyi sayılan neftin dünya bazarında ucuzlaşmasından öncə neft satışından əldə edilən gəlir Bəhreynin ümumi gəlirlərinin 95%-ni təşkil edirdi. 

Bu arada Bəhreyn ölkədə hakim rejim əleyhinə xalq etirazlarını repressiya etmək üçün silah alışına külli miqdarda vəsait ayırır. Bu da Bəhreynin büdcə çatışmazlığı ilə üzləşməsinə səbəb olub. 

Şərh yaz


Məxfi kod
Yenilə