Çərşənbə axşamı, 13 June 2017 14:33

Ankara və Moskva arasında "S400" raket sistemi ilə bağlı danışıqlar davam edir

Ankara və Moskva arasında "S400" raket sistemi ilə bağlı danışıqlar davam edir

Türkiyə baş nazirinin müavini Rusiyadan S400 raket sisteminin alınması üzrə Moskva ilə müzakirələrin davam etməsindən xəbər verib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Nüman Kurtulmuş bazar ertəsi günü deyib: S400 raket müdafiə sisteminin alınması ilə bağlı Ankara və Moskva arasındakı müzakirələr davam edir. 

Kurtulmuş bir mətbuat konfransında jurnalistlərdən birinin S400 raket müdafiə sisteminin nə zaman Türkiyəyə təhvil veriləcəyi barədə səsləndirilən sualın cavabında deyib: Hələ bu barədə danışmaq tezdir. Zira, hələ ki, bu xüsusda Rusiya və Türkiyə arasında anlaşma imzalanmayıb. 

Türkiyə baş nazirinin müavini əlavə edib: Danışıqlar uğurlu şəkildə davam etdirilir. Əlbəttə, hələ ki, anlaşmanın imzalanması nöqtəsinə çatmamışıq. Yalnız, həmin nöqtəyə çatdıqdan sonra S400 raket müdafiə sisteminin Türkiyəyə köçürülməsi zamanı barədə fikir bildirmək olar. 

Rusiya prezidenti Vladimir Putin də bir müddət öncə Türkiyəyə S400 raket müdafiə sisteminin verilməsini müsbət qarşılamışdı. 

Şərh yaz


Məxfi kod
Yenilə