Çərşənbə axşamı, 13 June 2017 11:36

Qətərin XİN başçısı: Dohaya qarşı sanksiyalar qeyri-qanunidir

Qətərin XİN başçısı: Dohaya qarşı sanksiyalar qeyri-qanunidir

Qətərin xarici işlər naziri Ərəbistan və müttəfiqləri tərəfindən Dohaya qarşı tətbiq edilən sanksiyaları qeyri-qanuni və insafsız adlandırıb.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Ali Sani bazar ertəsi günü Parisda Qətərə qarşı irəli sürülən ittihamlar barədə şəffaf müzakirələrin aparılmasını istədi. 

Qətərin xarici işlər naziri həmçinin, Dohanın Fars Körfəzinin təhlükəsizliyinə aid olan istənilən məsələ barədə danışıqların tərəfdarı olduğunu bildirib. 

Əbdürrəhman Ali Sani həmçinin Ərəb Liqası və Fars Körfəzi Əməkdaşlıq Şurasının yaranmış gərginliklə bağlı sükut etməsi və passiv mövqedən çıxış etməsini tənqid edib və deyib: Bu kimi hallarda regional təşkilatlar aktiv olmalıdırlar. Amma, bu iki qrum ya sükut edir, ya da son dərəcə ötəri və anlaşılmaz mövqe sərgiləyir. 

Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir 5 İyun tarixində Qətər ilə diplomatik əlaqələrini kəsdiklərini elan etdilər. Onlar Qətəri terrorizmi himayə etməkdə ittiham edirlər. 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎