Bazar ertəsi, 12 June 2017 15:09

Səudiyyəli snayperlər Şeyx Nimrin qardaşına hücum etdi

Səudiyyəli snayperlər Şeyx Nimrin qardaşına hücum etdi

Səudiyyəli snayperlər əl-Əvamiyyə şəhərciyində öz cinayətlərinin davamında şəhid Şeyx Nimr Baqir əl-Nimrin qardaşına atəş açıblar.

Fars Xəbər Agentliyinin məlumatına görə, Səudiyyə rejiminin snayperləri əl-Əvamiyyədə Şeyx Nimr Baqir Nimrin qardaşı siyasi fəal Məhəmməd Baqir ən-Nimri ayaq nahiyəsindən yaralayıblar.

O hazırda Qətif mərkəzi xəstəxanasında yatır.

Əl-Əvamiyyə şəhərciyində əl-Məsurə kəndi ərəbistanlı mübariz ruhani Şeyx Nimr Baqir əl-Nimrin doğulduğu kənddir. O ölkə əleyhinə addım atmaq saxta ittihamı ilə mühakimə olundu və 2016-cı ilin yanvarında edam edildi. Bu bölgə aylardır ki, Ərəbistanın şərqində şiələrin mübarizəni davam etdirməsinin simvoluna çevrilib.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎