Bazar ertəsi, 12 June 2017 14:27

Əl-Əvamiyyədə 3 məmur ölüb və yaralanıb

Əl-Əvamiyyədə 3 məmur ölüb və yaralanıb

Səudiyyə Ərəbistanının əl-Əvamiyyə bölgəsində təhlükəsizlik məmurlarının hərbi avtomobilinə hücum nəticəsində 3 məmur ölüb və yaralanıb.

İRİB-in məlumatına görə, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi bildirib: Qətif vilayətində yerləşən əl-Əvamiyyədə patrul avtomobilinə hücumda bir təhlükəsizlik məmuru ölüb, 2 nəfər də yaralanıb.

Ərəbistan DİN-in bildirdiyinə görə, patrul avtomobili partlayıcı bağlama ilə hədəf alınıb.

Ərəb Kütləvi İnformasiya Vasitələri də Ali-Səud rejimi zirehli avtomobillərinin əl-Əvamiyyənin şimalında əl-Am küçəsindəki mənzillərə hücum etdiyini bildiriblər.

Səudiyyəli hərbçilər 10 maydan əl-Əvamiyyə şəhərciyinə hücum edirlər. Çünki bu bölgələri hökumət əleyhinə etirazların formalaşmasının mərkəzi hesab edirlər.

Ali-Səud hərbçilərinin etirazçılara hücumları indiyə qədər bir çox vətəndaş, o cümlədən məktəblinin həlak olması və yaralanması və çoxlu sayda vətəndaşın itkin düşməsi ilə nəticələnib.

Şərh yaz


Məxfi kod
Yenilə