Bazar ertəsi, 12 June 2017 10:42

Qətərin alternativləri

Qətərin alternativləri

Qətərin Maliyyə və Ticarət Akademiyasının rəhbəri ölkəsi əleyhinə sanksiyaların təsirini az əhəmiyyətli adlandırıb: Bu sanksiyalar sanksiya tətbiq edən ölkələrin özünə çoxlu mənfi təsir göstərib.

Əlcəzirə televiziyasının ingilisdilli xidmətinin məlumatına görə, Əbdüləziz əl-Hürr bu telekanalla müsahibədə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının Qətər əleyhinə sanksiyaları haqda deyib: Bu ilk dəfə deyil ki, Qətər belə bir böhranı təcrübə edir. 2008-ci ildən 2016-cı ilə qədər Qətər regional və beynəlxalq böhranların şahidi olub və təcrübə edib. Buna görə, o zamandan indiyə qədər Qətər bu böhranları idarə etmək üçün proqram tənzimləmiş və onu genişləndirə bilmişdir. Elə bu səbəbə görə, Qətərin ərzaq maddələri baxımından ciddi problemlə üzləşəcəyini düşünmürəm. Bizim ərzaq maddələri, süd və süd məhsulları və ət məhsulları idxalımızın 33%-i Səudiyyə Ərəbistanından olsa da, Qətər öz ehtiyacını başqa ölkələrlə çox asan şəkildə təmin edə bilər. Halbuki Səudiyyə Ərəbistanınının Qətərin yerinə alternativ müştəri tapması çox çətindir. Başqa bir məsələ də budur ki, Türkiyə Qətərlə əməkdaşlıqlarını artıracağını və Qətərə liman xidmətləri imkanlarını çoxaldacağını elan edib. İran da limanlarını Qətərin üzünə açmağa hazır olduğunu və bu ölkə ilə əməkdaşlıqları genişləndirməyə maraq göstərdiyini elan edib.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎