Cümə axşamı, 18 May 2017 10:17

Türkiyə ordusunun iki generalı Almaniyadan sığınacaq istəyib

Türkiyə ordusunun iki generalı Almaniyadan sığınacaq istəyib

Bir alman nəşr ötən il Türkiyədə baş vermiş uğursuz çevrilişdə güya iştirak etmiş bu ölkə ordusunun iki generalının Almaniyadan sığınacaq istəməsindən xəbər verib.

"Bild" nəşrinin məlumatına görə, iki türkiyəli general Frankfurt hava limanında Almaniyadan sığınacaq istəyib.

Son zamanlar bir qrup türk hərbçinin sığınacaq istəyinin Almaniya tərəfindən qəbul edilməsi Ankaranın hiddətinə səbəb olubdur.

Türkiyə dövləti Berlinin bu hərəkətinə cavab olaraq Almaniya parlamenti üzvlərinin İncirlik hava bazasına getmələrin qadağan edibdir.

Ötən il Türkiyədə baş vermiş uğursuz çevrilişdən sonra bu ölkə vətəndaşlarından bir çoxu, o sıradan çoxlu sayda dövlət qulluqçusu Almaniyadan sığınacaq istəyibdir.

Şərh yaz


Məxfi kod
Yenilə