Cümə axşamı, 21 May 2020 11:07

Hac Qasem Soleymaninin terrorunun səbəbi, onun sionistlərlə mübarizədəki rolu idi

    Hac Qasem Soleymaninin terrorunun səbəbi, onun sionistlərlə mübarizədəki rolu idi

Yəmənin Ənsarullah hərəkatının rəhbəri Ümumdünya Qüds günü ilə bağlı çıxışında deyib: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin şəhid komandanı-Hac Qasem Soleymaninin terrorunun əsas səbəbi, onun sionistlərlə mübarizədəki rolu idi.

Əbdulmalik Əlhusi deyib: Biz sionist rejimlə münasibətlərin hər cür adiləşdirilməsini pisləyir və onu haram hesab edirik.

O, söyləyib: Ümumdünya Qüds günü mühüm bir münasibətdir. Ona görə ki, İslam Ümmətinə onun birinci məsuliyyətini, yəni Fələstin amalını xatırladır və Fələstinin azadlığı, müqəddəslərin geri alınması və Fələstin xalqının nicatı üçün bir fürsət yaradır.

Yəmənin Ənsarullah hərəkatının rəhbəri vurğulayıb: Yəmən xalqı açıq şəkildə elan edibdir ki, Fələstin xalqı və İslam Ümmətinin azadələri, müqavimət mehvəri, Məsciduləqsa və müqəddəslərin himayədarlarının kənarındadır və bu, dini, əxlaqi və insani bir tələbatdır.

Əbdulmalik Əlhusi bildirib ki, şəhid Soleymaninin terror edilməsinin əsas səbəbi, onun sionist düşmən və Amerikanın ekspansianizmi ilə mübarizə və region xalqlarının kənarında durmaq sahəsində oynadığı rol idi.

O, həmçinin deyib: Fələstinin məzlumluğu tələb edir ki, İslam Ümməti onun qarşısında məsuliyyətli və təyinedici bir mövqe tutmuş olsun.

Şərh yaz


Məxfi kod
Yenilə