Bazar, 03 May 2020 16:27

Səud koalisiyası Yəməndə koronavirusun yayılmasında məsuliyyət daşıyır

Səud koalisiyası Yəməndə koronavirusun yayılmasında məsuliyyət daşıyır

Yəmən milli qurtuluş hökumətinin səhiyyə naziri Taha Əlmutəvəkkil dünən gecə deyib ki, təcavüzkar səud koalisiyası Yəməndə koronavirusun və digər xəstəliklərin yayılmasında məsuliyyət daşıyan əsas və qəti tərəfdir.

Yəmən milli qurtuluş hökumətinin səhiyyə naziri həmçinin bu ölkənin müxtəlif bölgələrinin sakinlərindən bir qrupunun koronavirusa yoluxduğunu təsdiq edib və COVİD-19-la mübarizə üçün tam hazırlığın vacibliyini vurğulayıb.

Əlmutəvəkkil habelə Yəmən vətəndaşlarından istəyibdir ki, izdihamlı məkanlarda olmaqdan çəkinsin və səhiyyə prinsiplərinə və müqəddəs İslam dininin göstərişlərinə əsasən, profilaktik tədbirlər görsünlər.

Sənada yerləşən Yəmən milli qurtuluş hökumətinin səhiyyə nazirliyinin ən son məlumatına görə, indiyədək yeddi yəmənlinin koronavirusa yoluxması təsdiq olunubdur ki, bu miqdardan iki nəfər vəfat edib və üç nəfərinin müalicəsi isə davam etməkdədir.

Koronavirusun Yəmənə daxil olmasının təsdiqlənməsi ilə yanaşı qeyd etmək lazımdır ki, bu ölkənin müalicə sisteminin zəif infrastrukturlarına görə, beynəlxalq təşkilatlar koronavirusun həmin ölkədə yayılacağı halda, bir insan faciəsinin baş verməsi təhlükəsi haqda xəbərdarlıq ediblər.

Şərh yaz


Məxfi kod
Yenilə