Cümə axşamı, 30 Aprel 2020 09:45

5 milyon yəmənli uşağın həyatı təhlükədədir

5 milyon yəmənli uşağın həyatı təhlükədədir

BMT-nin uşaq fondu- UNICEF bildirib ki, koronavirus xəstəliyinin qızğın çağında güclü leysan yağışlarına görə, 5 milyondan çox yəmənli uşaq vəba və kəskin ishal təhdidi altındadır.

UNİCEF-in rəsmi vebsaytının məlumatına görə, beş milyondan çox beş yaşından aşağı yəmənli uşaq vəba və kəskin ishal riski altındadır. Zira Yəmən aprelin ortalarından bəri güclü leysan yağışlarının şahididir.

BMT-nin uşaq fondu sonra belə qeyd edib: Yanvar ayından bəri Yəmənin 331 bölgəsindən 290-da vəbada şübhəli bilinən 110 mindən çox hal qeydə alınıbdır. Beş yaşından aşağı uşaqlar bu halların dörddə birini təşkil edirlər.

Yəməndə vəba və kəskin ishal riski elə bir haldadır ki, bu ölkə koronavirus təhlükələri ilə də üzləşir. Əlbəttə, indiyədək Yəməndə təkcə bir koronavirusa yoluxma halı xəbər verilibdir. Amma onun epidemiya təhlükəsi çox yuxarıdır.

BMT-nin humanitar məsələlər üzrə koordinasiya mərkəzi də çərşənbə axşamı günü xəbərdarlıq edibdir ki, koronavirus Yəmən rəsmilərinin aşkar edə bilməmələri fonunda ehtimal üzrə Yəməndə yayılıbdır.

Ərəbistan və BƏƏ tərəfindən icbar etdirilmiş altıillik savaşa görə, Yəməndə səhiyyə durumu son dərəcə ağırlaşıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə