Çərşənbə, 29 Aprel 2020 15:03

Yəmənin mərkəzi və cənubunda səud muzdurlarının irəliləyişi dəf olunub

    Yəmənin mərkəzi və cənubunda səud muzdurlarının irəliləyişi dəf olunub

Yəmən silahlı qüvvələrinin sözçüsü səud muzdurlarının Yəmənin mərkəzi və cənubundakı irəliləyişlərinin dəf edilməsindən xəbər verib.

Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya əl-Səri dünən gecə deyib ki, yəmənli qüvvələr səud muzdurlarının Yəmənin mərkəzində yerləşən Marəb və cənubunda yerləşən əl-Zalə vilayətlərindəki geniş irəliləyişlərini dəf edib və onlardan onlarla nəfəri əsir alıblar.

Yəhya əl-Səri vurğulayıb ki, bu əməliyyatda səud muzdurları böyük xəsarətlərə düçar olublar. Onların iri miqdarda silah və sursatı da qənimət götürülübdür.

Digər tərəfdən, təcavüzkar səud koalisiyasının qırıcıları ötən sutka ərzində Marəb, Əlcuf və Səədə vilayətlərindəki müxtəlif bölgələrə 16 dəfə hücum ediblər.

Ərəbistanın Yəməndə iddia olunan atəşkəsinin elan olunduğu zamandan və onun bir ay müddətinə uzadılmasından bəri təcavüzkar səud koalisiyasının Yəmən xalqına qarşı hücumları şiddətlənibdir.

Şərh yaz


Məxfi kod
Yenilə