Çərşənbə axşamı, 21 Aprel 2020 10:26

Səud koalisiyasının Yəmənə qarşı 30 hava əməliyyatı

Səud koalisiyasının Yəmənə qarşı 30 hava əməliyyatı

Yəmən silahlı qüvvələrinin sözçüsü bildirib ki, səud koalisiyası Yəmənə qarşı otuz hava hücumu keçirərək, özünün iddia etdiyi atəşkəsi onuncu gün dalbadal pozubdur.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri dünən bir tvitt-də yazıb: Səud koalisiyası birtərəfli atəşkəs iddiasına rəğmən, ötən sutkada, Yəmən ordusunun son zamanlar geniş bölgələrini azad etdiyi Marəb və Əlcuf vilayətlərində otuz hava hücumu həyata keçiribdir.

Səud koalisiyası həmçinin bazar günü Yəmənə qarşı hücumlarının davamında Təiz vilayətində bir ailənin mənzilni artilleriya hədəfinə aldı ki, bu hücumda iki qadın bir uşaqla yanaşı həyatını itirdi, bir kişi də yaralandı.

Səud koalisiyasının Yəmənə qarşı hücumları elə bir halda keçirilir ki, bu koalisiyanın sözçüsü Əlmaliki aprelin 9-da Yəməndə atəşkəs razılaşmasından xəbər verdi. Dedi ki, bu atəşkəs iki həftə sürəcək və ondan sonra da uzadıla bilər.

Səud koalisiyası nəinki həmin müddətdə bu atəşkəsə sadiq qalmayıb, əksinə Yəmənin müxtəlif bölgələrinə qarşı hücumlarını artırıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə