Bazar ertəsi, 20 Aprel 2020 21:34

Səudiyyə Ərəbistanın Yəmənə qarşı raket hücumlarını davam etdirir

Səudiyyə Ərəbistanın Yəmənə qarşı raket hücumlarını davam etdirir

Atəşkəsin elan olunmasına baxmayaraq, təcavüzkar Səud koalisiyası Yəmən xalqına qarşı raket hücumlarını davam etdirir.

Əl-Aləm telekanalının Yəməndən verdiyi məlumata görə, təcavüzkar Səud koalisiyası tərəfindən atəşkəsin elan olunmasından bəri gerçəklikdə nəinki heç bir şey dəyişməyib, hətta təcavüzkar Səud qüvvələrinin təyyarələri, onun ünsürləri və muzlularının Yəmənin bəzi bölgələrində irəliləmələrini dəstəkləmək məqsədilə bu ölkənin bəzi mülki obyektlərinə qarşı hava hücumlarını artırıbdır. Yəmən ordusu bir bəyanat yayaraq, atəşkəsin bərqərar olmasından bəri Nəcran, Coufa, Sarvah, Məarib, Əl-Beyza və Təəz vilayətlərinin bəzi bölgələrində irəliləmələr və nüfuz əməliyyatları ilə qarşılaşdığını elan edib.

Yəməndə hərbi ekspert Abdullah Əl-Cəfəri Əl-Aləm telekanalının müxbiri ilə müsahibədə deyib: "Biz heç bir vəchlə elan edilmiş atəşkəsə etibar etmirik, cünki bu atəşkəsin məqsədi sadəcə, təcazüvkar düşmənə dincəlmək və yeni bir hücum üçün sıralarını sahmana salmaq imkanı verməkdir".

Əl-Aləmin müxbiri əlavə edib: "Səudiyyə Ərəbistanı atəşkəs rejimini pozaraq, gərginlik yaradır, sərhəd cəbhələrində hərbi əməliyyat keçirir və Yəmənin bəzi bölgələrini artilleriya atəşinə məruz qoyur və bu əməliyyat yəmənlilərin atəşkəsin ciddi olmadığına və yalnız siyasi və hərbi bir manevr olduğuna dair şübhələrini təsdiqləyir".

Əl-Aləmin müxbiri ilə müsahibədə Yəmənin kəşfiyyat naziri Fəhmi Əl-Yusifi deyib: "Səudiyyəlilər bu cür təşəbbüslər və hərəkətlərdən hərbi yolla əldə edə bilmədikləri şeylərə nail olmaq üçün yararlanmağa çalışırlar".

Müxbirin dediyinə görə, bəzi Yəmən tərəfləri təcavüzkar ölkələri belə zəif və kövrək bir atəşkəsi elan etməklə beynəlxalq ictimaiyyəti aldatmaqda günahlandırır və beynəlxalq ictimaiyyətin bu haqda ciddi tədbirlər görəcəyinə ümid edirlər. Bu tərəflərin qənaətincə, Yəməndə sülh və təhlükəsizliyin təmin olunmasının yeganə yolu Yəmən mühasirəsinə son qoymağa dair BMT-nın Təhlükəsizlik Şurasında qətiyyətli bir qətnamənin qəbul edilməsidir. Onlar Səud koalisiyası tərəfindən gərginliyin artırılmasının böyük fəsadları olacağını vurğulayır və beynəlxalq ictimaiyyəti bu məsələdə öz vəzifəsinə əməl etməyə çağırırlar.

Şərh yaz


Məxfi kod
Yenilə