Şənbə, 18 Aprel 2020 17:57

BMT TŞ Yəməndə atəşkəsin bərqərarını istəyib

    BMT TŞ Yəməndə atəşkəsin bərqərarını istəyib

BMT-nin Təhlükəsizlik Şurası dünən bu təşkilatın baş katibi Antonio Quterreşin Yəməndə atəşkəsin dərhal bərqərarına dair təklifini himayə etdi.

Dominikanın BMT-dəki daimi nümayəndəsi müxbirlərə deyib ki, Təhlükəsizlik Şurasının üzvləri Quterreşin Yəməndə savaşın dərhal dayandırılmasına dair çağırışını himayə edirlər.

Ölkəsi cari ayda Təhlükəsizlik Şurasının dövri sədri olan Xose Singer Visinger sonra deyib: Təhlükəsizlik Şurası Yəməndəki döyüşlərin davam etməsindən nigarandır və döyüşən tərəflərdən istəyibdir ki, koronavirusun yayılmasının qarşısını almaq üçün əllərindən gələni etsinlər.

Dominikanın BMT-dəki daimi nümayəndəsi təcavüzkar səud koalisiyasının Yəmənə qarşı hücumlarına işarə etmədən döyüşən tərəflərdən istəyibdir ki, Quterreşin Yəməndə atəşkəsin dərhal bərqərarına dair təklifinə müsbət cavab versinlər.

Koronavirusun dünyada yayılması ilə BMT-nin baş katibi Antonio Quterreş təklif etdi ki, dünyadakı savaşlar və toqquşmalar dayandırılsın.

Dünyadakı ən mühüm savaşlardan biri, səud koalisiyasının Yəmənə qarşı müharibəsidir. Bu savaş dünyada bəşəriyyətin ən böyük faciəsinin formalaşmasına bais olubdur. Belə ki, Yəmənin 24 milyonluq əhalisindən 22 milyon nəfəri humanitar yardımlara ehtiyac duyur.

Təcavüzkar səud koalisiyası beynəlxalq təzyiqlərdən sonra aprelin 9-da Yəməndə atəşkəs razılaşmasından xəbər verdi. Lakin səudların bu nümayişkaranə atəşkəsindən heç bir saat keçməmiş, bu koalisiya özünün birtərəfli atəşkəsini pozdu.

Şərh yaz


Məxfi kod
Yenilə