Bazar, 12 Aprel 2020 14:35

Yəməndə real atəşkəs öhdəlikləri BMT tərəfindən təsdiq olunmalıdır

Yəməndə real atəşkəs öhdəlikləri BMT tərəfindən təsdiq olunmalıdır

Yəmən Ali İnqilab Komitəsinin sədri deyib: Yəmənə təcavüz edənlərin atəşkəsin bərqərarı barədəki öhdəlikləri yazılı olmalı və BMT tərəfindən təsdiq edilməlidir.

Muhəmməd Əli Əlhusi sonra deyib: Yəmən BMT-nin Yəmən məsələləri üzrə nümayəndəsi Martin Qriffitsin atəşkəsin qəbul edilməsi üzrə xahişinə cavabda sülhün bərqərarına ciddi-cəhdə təkid edibdir.

Yəməndə iddia olunan atəşkəsin elan olunmasından üç gün sonra BMT-nin Yəmən məsələləri üzrə nümayəndəsi yeni sülh təklifini Ənsarullah hərəkatına və Əbd Rəbbuh Mənsur Hadinin istefa vermiş hökumətinə təqdim edib.

Martin Qriffits bildirib ki, bu təklif bütün Yəməndə atəşkəsin bərqərarı, yəmənlilərin əzab-əziyyətlərinin azaldılması üçün insani və iqtisadi qərarların qəbul olunması, koronavirus pandemiyası böhranı ilə mübarizə üçün Yəmənə dəstək, həmçinin siyasi prosesin dərhal bərpa edilməsi kimi maddələrə şamil olur.

Qriffitsin yeni təklifi elə bir halda irəli sürülübdür ki, üç gün bundan öncə də təcavüzkar səud koalisiyası koronavirus pandemiyası ilə mübarizə bəhanəsilə ikihəftəlik bir atəşkəs elan etdi, amma bu atəşkəs ardıcıl surətdə elə bu koalisiya tərəfindən pozulmaqdadır.

Yəmənlilər səud koalisiyası tərəfindən atəşkəsin elan olunmasını Ərəbistanın öz qüvvələrini bərpa etmək istiqamətində vaxt qazanma taktikası hesab edirlər.

Şərh yaz


Məxfi kod
Yenilə