Cümə, 10 Aprel 2020 12:23

Yəmənin mühasirəsinin davamı savaşın davam etməsi deməkdir

Yəmənin mühasirəsinin davamı savaşın davam etməsi deməkdir

Yəməndə Ənsarullah hərəkatının siyasi şurasının üzvü Muhəmməd Əlbəxiti deyib ki, Səna savaşın tam şəkildə dayandırılması və mühasirənin qəti formada ləğvinə sadiqdir. Yəmənin mühasirəsinin davam etməsi səud koalisiyası tərəfindən təcavüzkarlığın davam etməsi deməkdir.

Əlbəxiti sonra deyib: Mühasirənin davam etməsi hərbi təcavüzdür və Səudiyyə Ərəbistanınn bugünkü hərəkəti təkcə bir nümayişkaranə hərəkətdir. Güc tarazlığı Sənanın xeyrinə dəyişibdir və səud koalisiyası Yəmən qüvvələri tərəfindən digər vilayətlərin azad edilməsindən nigarandır.

O, sonra deyib: Əgər səudiyyənin addımı mühasirənin ləğvinə şamil olmazsa, bu, o demək olacaqdır ki, müharibə davam edəcək. Ərəbistan dəfələrlə hərbi əməliyyatın dayandırıldığını elan edib, amma onun hücumları dayanmayıbdır.

Əlbəxiti söyləyib: Koronavirus məsələsi səudiyyə üçün bir fürsət yaratdı ki, savaşı dayandırsın və ondan abırlı surətdə çıxa bilsin.

Yəməndə Ənsarullah hərəkatının siyasi şurasının üzvü deyib: Əgər mühasirə ləğv edilməzsə, onların hərəkəti aşkar bir taktika demək olacaqdır ki, verdikləri tələfatdan sonra öz qüvvələrini yenidən təşkil etmiş olsunlar.

Şərh yaz


Məxfi kod
Yenilə