Çərşənbə axşamı, 08 Yanvar 2019 11:57

Yəmənlilər Ərəbistanın cənubuna raket zərbəsi endirdilər

Yəmənlilər Ərəbistanın cənubuna raket zərbəsi endirdilər

Yəmən ordusu və xalq qüvvələri bazar ertəsi günü axşam Ərəbistanın cənubunda, Nəcran məntəqəsində səudiyyə muzdlularının toplaşdıqları məkanı bir ədəd "Zilzal-1" ballistik raketi ilə hədəfə alıb.

Əl-Aləm kanalının verdiyi məlumata görə, bu raket hücumunun insan tələfatına dair hələ ki, məlumat yayılmayıb. 

Yəmən ordusu və xalq qüvvələri bazar günü də Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin Ərəbistanın cənubunda, Əsir vilayətində yerləşən Ələb keçidinin yaxınlığındakı hərbi bazasını da 6 ədəd "Zilzal-1" ballistik raketi ilə hədəfə almışdılar. 

Yəmən ordusu son günlər Ərəbistanın Əl-Hudəydə vilayətində atəşkəsi pozmasına cavab olaraq, raket hücumlarını bərpa edib. 

İsveçdə yəmənli qruplar arasında atəşkəslə bağlı anlaşma 18 dekabrda icraya qoyulsa da, Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri hər gün bu anlaşmanı intensiv şəkildə pozurlar. 

Yəmənin Əl-Hudəydə vilayəti bu ölkəyə humanitar yardımların əsas giriş nöqtəsi sayılır. 

Şərh yaz


Məxfi kod
Yenilə