Cümə axşamı, 12 iyul 2018 11:58

Yəmən ordusu Nihəm bölgəsi yüksəkliklərinə nəzarəti ələ keçirib

Yəmən ordusu Nihəm bölgəsi yüksəkliklərinə nəzarəti ələ keçirib

Yəmənin təhlükəsizlik dairələri ordu və xalq komitələri qüvvələrinin Səna vilayətinin şimal-şərqində Nihəm bölgəsinin yüksəkliklərinə nəzarəti ələ keçirdiklərini bildiriblər.

Fars Xəbər Agentliyinin məlumatına görə, Yəmən ordusu və xalq komitələri qüvvələri çərşənbə günü Nihəm istiqamətində əl-Qətəbin şimal-şərqində bir neçə təpəni nəzarətə götürüb və tam təhlükəsizliyi bərpa ediblər. 

Yəmən qüvvələri həmçinin əl-Couf vilayətinin Xob və Əş-Şəəf bölgəsində irəliləməyə cəhd edən səudiyyəli muzdlularını zərərsizləşdiriblər. 

Bu arada Yəmən ordusu və xalq komitələri qüvvələri çərşənbə günü bildiriblər ki, Toçka növlü bir ədəd raketi qərb sahilində səudiyyəli təcavüzkar qüvvələrin toplaşdığı məkana atıblar. 

Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb. 

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən əleyhinə savaşı indiyədək 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib. 

Şərh yaz


Məxfi kod
Yenilə