Cümə axşamı, 14 June 2018 12:19

Səudiyyə qırıcıları bir daha qadağan edilmiş bombalardan istifadə etdilər

Səudiyyə qırıcıları bir daha qadağan edilmiş bombalardan istifadə etdilər

Səudiyyə Ərəbistanınını qırıcı təyyarələri bu gün səhər bir daha Yəmənin Sədə vilayətinə qarşı kasset bombalar yağdırıblar.

Yəmənin Əl-Məsirə telakanalının internet portalı bildirib ki, Səudiyyə qırıcı təyyarələri Sədə vilayətinin Xəzvan bölgəsini qadağan edilmiş kasset bombaları ilə hədəfə alıb. 

Son illərdə Səudiyyə Ərəbistanı Yəmənin Sədə vilayətinə qarşı dəfələrlə qadağan edilmiş silahlardan istifadə etmişdir. 

Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyəti susqunluğundan faydalanaraq Yəmən xalqına qarşı qadağan edilmiş fosfor və kasset bombalarından istifadə edir. 

Bu kimi silahlar ABŞ və Britaniya tərəfindən Səudiyyə rejiminə satılır və bu bombalardan istifadə 2008-ci ildə qəbul olunmuş kasset silahlara dair konvensiya əsasında qadağan edilmişdir. 

Şərh yaz


Məxfi kod
Yenilə