Şənbə, 10 Fevral 2018 13:16

Yəmən ordusu Ərəbistanın Patriot müdafiə sistemini məhv etdi

Yəmən ordusu Ərəbistanın Patriot müdafiə sistemini məhv etdi

Yəmən ordusu və xalq komitələri qüvvələri ölkənin cənub-qərbində Səudiyyə Ərəbistanına məxsus Patriot PAC-3 raket sistemini məhv ediblər.

Yəmənin əl-Məsirə televiziyası ötən gecə ölkənin cənub-qərbində Məxa vilayətində Ərəbistanın Patriot raket sisteminin məhv edildiyini bildirərək Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinə qarşı əməliyyatın icrasında Yəmən qüvvələrinin əməkdaşlığı və koordinasiyasını vurğulayıb. 

Səudiyyə Ərəbistanı 2015-ci ildə ABŞ-la 1 milyard 750 milyon dəyərində Patriot sistemi və PAC-3 raketlərinin satın alınması üçün müqavilə imzaladı. 

PAC-3 Patriotun ən modern əməliyyat versiyasıdır. 

Bu sistem ballistik raketləri məhv etmək qabiliyyətinə malikdir. 

Yəmənin Səudiyyə Ərəbistanı tərəfindən hərtərəfli mühasirəyə alınmasına rəğmən, Yəmən ordusu və xalq komitələri qüvvələrinin müdafiə qüdrəti gün-gündən artmaqdadır. 

Şərh yaz


Məxfi kod
Yenilə