Cümə, 09 Fevral 2018 11:46

Yəmənin Əlcuf vilayətində onlarla səud muzduru öldürülüb

Yəmənin Əlcuf vilayətində onlarla səud muzduru öldürülüb

Yəmənin ordusu və xalq komitələri dünən bu ölkənin şimalındakı Əlcuf vilayətində onlarla səud muzdurunu öldürüblər.

Yəmənli bir hərbi mənbə deyib: "Xabb və Əşşəəf" rayonunun "Əlyətmə" məntəqəsində keçirilən bu əməliyyatda həmçinin çoxlu sayda səud muzduru əsir alınıb və onlara aid bir qrup hərbi avtomobil də məhv edilibdir.

Ərəbistan ABŞ-ın dəstəyilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edib və onu qurudan, havadan və dənizdən mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək on minlərlə yəmənlinin dünyasını dəyişməsi və yaralanması, eləcə də milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir. Yəmən həmçinin bu təcavüz nəticəsində kəskin ərzaq və dərman çatışmazlığı, həmçinin müxtəlif xəstəliklərin yayılması ilə üzləşibdir.

Səud rejimi və ABŞ Yəmən xalqının müqavimətinə görə, indiyədək bu ölkədə öz oyuncaq rejimlərini hakimiyyətə gətirmək kimi hədəflərinə çatmayıblar.

Şərh yaz


Məxfi kod
Yenilə