Cümə axşamı, 08 Fevral 2018 20:59

Yəməndə bir qrup Ərəbistan hərbçisi öldürülüb

Yəməndə bir qrup Ərəbistan hərbçisi öldürülüb

Yəmən ordusu və xalq komitələri qüvvələri Əcaşir məntəqəsində həyata keçirdikləri əməliyyat zamanı bir qrup Ərəbistan hərbçisini öldürüb və yaralayıblar.

Yəmənin Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələri qüvvələri bu gün cümə axşamı Yəmənin şimalında, Sədə vilayətində yerləşən Əcaşir məntəqəsinin şərqində, Həmrul-Seyd dağlarında Ərəbistan hərbçilərinin mövqelərinə hücum ediblər.

Yəmən ordusu və xalq komitələri qüvvələri həmçinin, Ərəbistanın hava hücumlarına cavab olaraq, istefada olan prezidentin tabeliyində olan qüvvələrin mövqelərini Məarib vilayətində hədəfə alıblar. Bu hücum əməliyyatında Ərəbistanın himayəsində olan qüvvələrə ağır zərbələr endirilib.

Şərh yaz


Məxfi kod
Yenilə