Çərşənbə axşamı, 06 Fevral 2018 15:57

Səudiyyəli muzdluların 20 hərbi avtomobili məhv edilib

Səudiyyəli muzdluların 20 hərbi avtomobili məhv edilib

Yəmən dairələri Təiz vilayətində Yəmən ordusu və xalq komitələri qüvvələrinin hücumunda səudiyyəli muzdlulara məxsus bir neçə hərbi və zirehli avtomobilin məhv edildiyini bildiriblər.

Əl-Məsirə televiziyasının məlumatına görə, Təiz vilayətində Yəxtəlin şimal cəbhəsinə hücum etmək niyyətində olan səudiyyəli muzdlulara məxsus 20 zirehli hərbi avtomobil məhv edilib. 

Həmçinin aralarında hərbi zabitlərin olduğu onlarla nəfər ölüb və ya yaralanıb. 

Digər tərəfdən Yəmən Milli Xilas Hökumətinin insan haqları naziri Ülya Əş-Şəbi bu nazirliyin bir qrup hüquqşünası ilə birlikdə səudiyyəlilərin Sənadakı cinayətləri ilə bağlı sənədlərin saxlandığı binasının qalıqlarına baxış keçirib və deyib: Bu mərkəzə hücum etməkdə məqsəd səudiyyə rejiminin Yəmənə qarşı cinayətlərini əks etdirən sənədləri məhv etməkdir. 

Səudiyyə qırıcı təyyarələri bazar günü Səna vilayətində cinayət araşdırmaları binasını atəşə tutublar. Nəticədə 7 nəfər həlak olub, 57 nəfər yaralanıb. 

Şərh yaz


Məxfi kod
Yenilə