Bazar ertəsi, 05 Fevral 2018 15:15

Ərəbistanın Yəmənin Səna və Səədə vilayətlərinə qarşı hücumlarında tələfat var

Ərəbistanın Yəmənin Səna və Səədə vilayətlərinə qarşı hücumlarında tələfat var

Ərəbistanın Yəmənin Səna və Səədə vilayətlərinə qarşı hücumlarında azı yeddi nəfər ölüb, onlarla nəfər də yaralanıbdır.

Səud qırıcıları dünən Yəmənin Səna vilayətindəki cinayət təhqiqatları binasını hədəfə alıblar ki, nəticədə yeddi nəfər ölüb, 57-dən çox adam da yaralanıbdır.

Yəmənin Səədə vilayətində də səud qırıcıları bir şose yolunu bombalayıblar; nəticədə dörd nəfər yaralanıbdır.

Ali-Səud qırıcıları Əlhudəydənin His bölməsini on dəfə bombalayıblar.

ƏrəbistanınYəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsilə Yəmənə təcavüzü 2015-ci ilin martından başlanıb və bu günədək davam edir.

Səudlarla onların müttəfiqləri üçün heç bir nəticəsi olmayan bu hərbi təcavüz təkcə yoxsul Yəmən ölkəsinin dağılmasına və bu ölkə xalqının qırğın edilməsi və didərgin düşməsinə səbəb olubdur.

Şərh yaz


Məxfi kod
Yenilə