Çərşənbə axşamı, 30 Yanvar 2018 11:58

Ərəbistanın Yəməndə yeni cinayəti

Ərəbistanın Yəməndə yeni cinayəti

Səud qırıcılarının dünən gecə Yəmənin şimalındakı Səədə vilayətində yerləşən Razəh sərhəd rayonunun "Bəni Muin" məhəlləsinə qarşı hücumlarında bir yəmənli ailənin beş üzvü şəhid olub.

Yəmənin Təiz vilayətinin Əlsəlu rayonunun bəzi hissələri də dünən altı dəfə səud qırıcılarının hədəfinə çevrilib.

Yəmənin təhlükəsizlik mənbələrinin sözlərinə görə, bu hücumlarla bir vaxtda Ərəbistanın tabeliyində olan muzdur qüvvələr də katyuşa ilə Təizdəki Əlhuban məntəqəsinə hücum ediblər. Hələ bu hücum nəticəsində ehtimal olunan insan tələfatı və maddi xəsarətlər haqda bir məlumat yayılmayıbdır.

Belə bir halda, dünən gecə Səədə vilayətinin "Minbəh" rayonunda səud təcavüzkarlarından qalmış bombanın partlaması nəticəsində bir yəmənli uşaq dünyasını dəyişib.

Şərh yaz


Məxfi kod
Yenilə