Bazar ertəsi, 29 Yanvar 2018 11:58

Ədən döyüşlərində təqribən on nəfər ölüb, yüz nəfər də yaralanıbdır

Ədən döyüşlərində təqribən on nəfər ölüb, yüz nəfər də yaralanıbdır

Yəmənin cənubunda yerləşən Ədən şəhərində Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin tabeliyində olan hərbi qüvvələr arasında gedən döyüşlərdə bir qrup qüvvə ölüb və yaralanıbdır.

Yəmənin cənubundakı xəstəxana mənbələri deyiblər ki, dünən Ədən sahil şəhərinin müxtəlif məntəqələrində Ərəbistanla müttəfiq olan Yəmənin istefa vermiş prezidentinin tabeliyində olan qüvvələrlə Birləşmiş Ərəb Əmirliklərinin tabeliyində olan qüvvələr arasında gedən döyüşlərdə azı on nəfər ölüb, təqribən yüz nəfər də yaralanıbdır.

Şahidlər Röyters-ə deyiblər ki, silahlı şəxslər Ədənin əksər məhəllələrində yerləşiblər və bu şəhərdə güclü atışma və partlayış səsləri eşidilir.

Bu, indiyədək iki tərəf arasında baş vermiş ən kəskin döyüşlərdir.

Yəmənin cənub inqilab hərəkatının siyasi bürosunun sədr müavini Mədrəm Əbu Sirac deyib: Ədən şəhərinin təhlükəsizlik durumunun böhranlı olmasının əsas məsuliyyəti Birləşmiş Ərəb Əmirliklərinin üzərinə düşür.

Ərəbistan ABŞ-ın dəstəyilə 2015-ci iln martında Yəmənə hücum edib və sonra bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistanın Yəməndəki militarizmi indiyədək on minlərlə nəfərin həyatını itrirməsi və yaralanmasına, milyonlarla yəmənlinin də didərgin düşməsinə səbəb olubdur.

BMT və beynəlxalq yardım təşkilatları daim yəmənlilərə yardımların çatmasını əngəllədiyi üçün təcavüzkar səud koalisiyasını tənqid edirlər.

BMT-nin tabeliyində olan Ümumdünya Ərzaq Proqramı- UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı kimi humanitar orqanların bildirdiklərinə görə, Yəməndə qidaya təcili ehtiyacı olan iyirmi iki milyona yaxın insan mövcuddur və onların səkkiz milyon nəfəri də qıtlıq təhlükəsi ilə üzləşir.

Şərh yaz


Məxfi kod
Yenilə