Bazar, 28 Yanvar 2018 13:08

Ənsarullah Abdulla Salehə bağlı yüzlərlə hərbçini azad etdi

Ənsarullah Abdulla Salehə bağlı yüzlərlə hərbçini azad etdi

Yəmənin Ənsarullah Hərəkatı bildirib: Sabiq prezident Əli Abdulla Salehə bağlı yüzlərlə hərbçi həbsdən azad olunub.

Rusiya əl-Youm televiziyasının məlumatına görə, Ənsarullah Hərəkatı ötən gecə Əli Abdulla Salehə bağlı 650 hərbçinin azad olunduğunu təsdiqləyərək bildirib: Bu hərbçilərin bir qrupu isə dindirmə başa çatdıqdan sonra azad olunacaq. 

Ənsarullah Abdulla Saleh və Yəmən Milli Konqresinin baş katibi Arif Əvəz əl-Zokanın öldürülməsi ilə nəticələnən Səna və bir neçə vilayətdə 2 dekabr qarşıdurmalarından sonra Salehin bir qrup tərəfdarını həbs etmişdi. 

Şərh yaz


Məxfi kod
Yenilə