Bazar, 28 Yanvar 2018 12:15

Yəməndə səudiyyəli muzdluların mövqelərinə 2 raket atıldı

Yəməndə səudiyyəli muzdluların mövqelərinə 2 raket atıldı

Yəmən ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi şənbə günü Yəmənin şimalında əl-Couf vilayətində səudiyyəli muzdluların mövqelərinə doğru 2 ədəd ballistik raket atıb.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Yəmənin bir hərbi rəsmisi 2 raketin nəzərdə tutulan hədəfləri vurduğuna toxunaraq deyib: Bu raket hücumunda bir qrup səudiyyəli muzdlu öldürülüb. 

Yəmən ordusu və xalq komitələri qüvvələri cümə günü də Yəmənin cənub-qərbində Təiz vilayətində səudiyyəli təcavüzkar muzdluların toplaşdığı məkanı bir raketlə atəşə tutmuşdu. 

Yəmən ordusu və xalq komitələri qüvvələri 7-8 yanvarda da Səudiyyə Ərəbistanının 2 ədəd qırıcı təyyarəsini raketlə vurmuşdular. 

Yəmən ordusu və xalq komitələri qüvvələrinin müdafiə qüdrəti bu ölkənin Ərəbistanın başçılıq etdiyi koalisiya tərəfindən hərtərəfli mühasirə olunmasına rəğmən, artmaqdadır. 

Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb. Ərəbistanın müharibəsi indiyə qədər on minlərlə yəmənlinin həlak olması və yaralanması, milyonlarla insanın didərgin düşməsi ilə nəticələnib. Yəmən həmçinin bu təcavüz nəticəsində ərzaq, dərman preparatının çatışmazlığı, müxtəlif xəstəliklərin yayılması ilə üzləşib.

Şərh yaz


Məxfi kod
Yenilə