Şənbə, 27 Yanvar 2018 14:56

22 milyon yəmənli humanitar yardımlara ehtiyaclıdır

22 milyon yəmənli humanitar yardımlara ehtiyaclıdır

BMT bildirib: 22 milyondan çox yəmənlinin humanitar yardımlara ehtiyacı vardır. Halbuki 17 milyon yəmənlinin çox təcili şəkildə yardımlara ehtiyacı vardır.

Əl-Aləm televiziyasının məlumatına görə, BMT-nin Yəməndəki humanitar yardımları üzrə koordinatoru Cimmi Mak-Qoldrik mətbuat konfransında tezliklə öz vəzifəsindən istefa verəcəyini bildirib.

O deyib: Yəmən əhalisinin 75%-ə yaxını diri qalmağa can atır, onlar xarici yardımlar olmadan özlərini qoruya bilməzlər.

Mak-Qoldrik əlavə edib: BMT-nin məqsədi bu il Yəməndə humanitar yardımlar xəritəsinə maddi dəstək üçün 3 milyard dollara yaxın vəsaiti toplamaqdır.

BMT-nin Yəməndəki humanitar yardımları üzrə koordinatoru həmçinin dünya ictimaiyyətindən günahsız yəmənlilərə kömək və bu ölkə böhranı üçün yekun həll yolunu tapmaq istiqamətində addım atmasını istəyib.

Şərh yaz


Məxfi kod
Yenilə